Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”
17.11.11 01:13

“Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”. “KƏLAMİNFO” xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova Bakıda keçirilən Uşaqların 2-ci Forumunda deyib. Qeyd edib ki, Qarabağ probleminin çözülməmiş qalması gənclərin, uşaqların sağlam gələcəyinə də maneədir: “Ölkədə bizdən də savadlı, əqidəli, mükəmməl yeni nəsil formalaşır. Azərbaycanda uşaqlarla bağlı qanunvericilik mükəmməlləşib. Ümumilikdə 72 qanun, 11 məcəllə uşaq hüquqlarını əks etdirir. Bu qanunlarla uşaqların sosial hüquqlarının qorunması, uşaq siyasəti və hüquqlarının həyata keçirilməsi tənzimlənir. Bütün bunlar vətəndaş cəmiyyətinə xidmət edir”. B.Muradovanın sözlərinə görə, Milli Məclisdə daim uşaq problemləri, onların həlli yolları müzakirəyə çıxarılır: “Azərbaycanda siyasi, iqtisadi mühit imkan verir ki, uşaqlarımız sağlam şəraitdə böyüsünlər”.
URL / WWW
http://kelam.az/article/a-5203.html