Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi bir fikirdir”
16.11.11 20:13

ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi bir fikirdir və bu fakt deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, Avropa İttifaqının münaqişənin həllinə nail olmaq fikri varsa, bu Fransanı əvəzlənmədən də baş verə bilər. “Ötən müddət ərzində bu üç dövlət müəyyən təcrübə əldə edib. Bu məsələ ilə tanış olmayan bir dövlətlə əvəzlənmə müəyyən problemlər yarada bilər. Minsk qrupuna üzv dövlətlər İtaliya da daxil olmaqla bu prosesə aktiv qoşulmaq istəyirlər. Mən bu çərçivənin genişlənməsinin onların bu prosesə qoşulmasının tərəfdarıyam”,-deyə B.Muradova əlavə edib. Vitse-spiker eyni zamanda Avropa nümayəndələrinin son zamanlar ölkəyə səfəri məsələsinə toxunaraq əlavə edib ki, Avropa Azərbaycana təkcə enerji ehtiyatlarına malik ölkə, qaz mənbəyi kimi baxmamalıdır. “Azərbaycan Avropanın bir hissəsi olmağa qadirdir. Ölkə inkişafı, göstəriciləri bunu bir daha sübut edir. Avropa Azərbaycanı qərbə inteqrasiya edən ölkə kimi qəbul edir və bizimlə əməkdaşlıq etməyə maraqlıdır” - deyə o bildirib.
URL / WWW
http://kelam.az/article/a-5202.html