Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azay Quliyev: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər”
16.11.11 20:13

“Hər il elan etdiyimiz müsabiqələrin yekunlarını müzakirə edirik, verilən təklifləri araşdırırıq. QHT-lər ildən-ilə şuranın layihələrin icrasına dair tövsiyələri daha çox icra edirlər. Bununla belə, problemlər hələ də qalır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2012-ci ildə maliyyə yardımı müsabiqəsinin mövzularının müzakirəsinə həsr olunmuş konfransdakı çıxışı zamanı deyib: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər. Bu, daha çox təhsil və ekologiya ilə bağlı mövzularda özünü büruzə verir. Digər istiqamətlərdə də var belə problemlər. Məsələn, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı təklif etdiyimiz mövzu üzrə gələn təkliflərin 90 faizi kitab nəşri və sayt yaratmaqla bağlıdır”.
URL / WWW
http://kelam.az/article/a-5201.html