Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ali məktəblərin MBA və TEMPUS proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsi keçirilir
26.12.09 01:27

Bu gün Bakıda, Azərbaycan Beynəlxalq Universitetinin binasında ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına qəbul imtahanının ikinci mərhələsi keçirilir. KƏLAMİNFO xəbər verir ki, saat 14:00-da başlanan imtahan 30 dəqiqə davam edəcək. Dekabrın 19-da birinci mərhələ üzrə keçirilən imtahanda iştirak etmiş 479 bakalavrın 190 nəfəri qəbul imtahanının ikinci mərhələdə iştirak hüququ qazanıb. Bu mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılır. İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Qaydalara əsasən, seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın İngilis dilindən topladığı bal 15-dən az olmamalıdır.
URL / WWW
http://kelam.az/article/a-520.html