Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Turki əl-Feysəl: “İrana hərbi müdaxilə axmaqlıqdır”
16.11.11 20:13

Səudiyyə Ərəbistanı kəşfiyyat idarəsinin keçmiş rəisi şahzadə Turki əl-Feysəl İrana bu ölkənin nüvə proqramı ilə bağlı təzyiqlərin və sanksiyaların tətbiqini dəstəkləyir. Lakin əlavə edib ki, onlar hərbi müdaxilənin əleyhinədirlər. «KƏLAMİNFO” TRT-nin rus xidmətinə istinadən xəbər verir ki, bir vaxtlar ABŞ-da səfir olmuş Turki Vaşinqtonda jurnalistlər deyib: «Hərbi müdaxilə axmaqlıqdır və neqativ nəticələrə gətirib çıxaracaq. Bu, İranın nüvə silahı istehsal etmək istəyini gücləndirəcək». O bildirib ki, İranın beynəlxalq öhdəlikləri necə yerinə yetirməsini nəzərdə tutan qətnamə layihəsini BMT TŞ-yə təqdim ediblər. Bu arada isə İranın İsfahan şəhərinin yüzlərlə sakini nüvə proqramına dəstək məqsədilə uranın zənginləşdirilməsini həyata keçirən zavodun ətrafında canlı sədd təşkil ediblər.
URL / WWW
http://kelam.az/article/a-5194.html