Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Alim Qasımov və qızı növbəti səfərə hazırlaşır
15.11.11 21:07

Xalq artisti Alim Qasımov və onun qızı Əməkdar artist Fərqanə Qasımova növbəti qastrol səfərinə hazırlaşır. Fərqanə Qasımovanın “KƏLAMİNFO”ya verdiyi açıqlamasında gələn ay bir neçə konsert proqramı ilə çıxış edəcəklərini bildirdi: “Hər ay xaricə səfərlərimiz olduğu üçün onları yadımda saxlaya bilmirəm. Amma dekabr ayında Türkiyədə, fevralda isə ABŞ-da 4 konsertimiz təşkil ediləcək. Türkiyənin İstanbul şəhərində məhz bizim xüsusi konsert proqramımızdır”.Əməkdar artistin sözlərinə görə, Amerikada keçiriləcək konsert proqramı fərqli təşkil edilib. Onlar səhnəni Azərbaycan mahnılarını ifa edən amerikalı musiqiçilərlə bölüşəcək: “Amerikada həm “Kronus” kvarteti ilə, həm də öz konsertlərimiz planlaşdırılıb. “Kronus” Amerikanın məşhur kvartetidir, San-Fransiskodan olan musiqiçilərdir. Onlar əsasən klassik əsərlər ifa edirlər. Bizimlə bərabər öz mahnılarımızı onlarla sintez etmişik. Artıq dəfələrlə konsertlərimiz keçirilib. Onlarla bərabər təxminən 6-7 mahnı ifa etmişik. Bunlar “Getmə-getmə”, “Qaşların kamandır”, “Peyman etdik”, “Mehriban olaq”, “Leyla” və “Köhlən atım” mahnılarıdır”.
URL / WWW
http://kelam.az/article/a-5190.html