Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da 2009/2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransı keçirilib
26.12.09 03:27

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2009/2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəər verir ki, konfransda TQDK sədri Məleykə Abbaszadə 2009-2010-cu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 112875 abituriyentin sənəd verdiyini bildirib. Onun sözlərinə görə, əvvəlki illə müqayisədə sənəd verənlərin sayı 3645 nəfər azalıb. Abituriyentlərin 48,80%-i oğlanlar, 51,20%-i isə qızların təşkil etdiyini nəzərə çatdıran M.Abbaszadə 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olduğunu və onların 66619 nəfərinin ali məktəblərə sənəd verdiyni vurğulayıb. M.Abbaszadə qeyd edib ki, ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistraturaya 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər (II tur imtahanında), əsas təhsil bazasında texnikumlara qəbul imtahanlarında isə 26062 nəfər iştirak edib. TQDK sədri cari il ali məktəblərə 29030 plan yeri ayrıldığını, onlardan 19725 yer Azərbaycan bölməsi, 3042 yer rus bölməsi, qalan 6263 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulduğunu söyləyib. M.Abbaszadə qəbul planının 96,48 faiz dolduğunu, son qəbul imtahanında 3830 nəfər magistraturaya, 28009 nəfər bakalavriaturaya, 6406 nəfər orta təhsil bazasından, 8979 nəfər isə əsas təhsil bazasından texnikumlara daxil olduğunu bildirib. M.Abbaszadə abituriyentlərin seçimi əsasında ali məktəblərin reytinqinin də formalaşdığını söyləyib. TQDK sədrinin sözlərinə görə, bu il ali məktəblərin reytinq cədvəlində I yerə Azərbaycan prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, II yerə Azərbaycan Tibb Universiteti, III yerə Azərbaycan Dillər Universiteti, IV yerə isə Bakı Dövlət Universiteti sahib olub. Özəl ali məktəblər arasında ən yüksək yeri Qafqaz Universiteti tutur. M.Abbaszadə vurğulayıb ki, abituriyentlərin ərizələrində Azərbaycan bölməsi üzrə ən çox birinci yerdə göstərilən ixtisaslar I qrupda “Neft-qaz mühəndisliyi” (ADNA), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Xarici dil müəllimliyi (ingilis dili)” (ADU), IV qrupda isə “Müalicə işi”dir (ATU). Rus bölməsi üzrə isə ən çox birinci yerdə göstərilən ixtisaslar I qrupda “Kompüter elmləri” (BDU), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Hüquqşünaslıq” (BDU), IV qrupda isə “Müalicə işidir (ATU).
URL / WWW
http://kelam.az/article/a-519.html