Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ növbəti dəfə Suriya prezidentini istefaya çağırıb
15.11.11 21:07

ABŞ növbəti dəfə Suriya prezidenti Bəşər Əsədi istefaya çağırıb. «KƏLAMİNFO» «svobodanews.ru»a istinadən xəbər verir ki, Ağ Evin açıqlamasında bildirilir ki, Əsəd getdikcə daha çox təcrid olunur və legitimliyini itirib. Ağ Evin mətbuat katibi Con Ernest deyib ki, Əsəd rejiminin təcridi davam edir. Ona siyasi təzyiqlər artır: «Bu məsələdə Obama administrasiyasının mövqeyi aydındır - prezident Əsəd legitimliyini itirib və getməlidir. Əsəd rejimi dinc nümayişçilərə qarşı zorakılığı dərhal dayandırmalıdır». Noyabrın 14-də Avropa Birliyi Suriyanın daha 18 rəsmi şəxsinin adını hesabları dondurulan və səyahət qadağası qoyulan şəxslər siyahısına daxil edib. Bununla da həmin şəxslərin sayı 74-ə çatıb.
URL / WWW
http://kelam.az/article/a-5186.html