Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələr aparılır
16.11.11 02:04

“Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan açıq şahmat turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov ümumrespublika şahmat turniri haqqında ətraflı məlumat verib. O bildirib ki, ölkəmizin 48 şəhər və rayonundan 244 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Turnirin çox yüksək səviyyədə təşkil olunduğunu deyən Q.Novruzov əlavə edib ki, Azərbaycanda şahmat məktəbləri, şahmatla məşğul olan şagirdlərin sayı ilbəil artır və bu sahədə qazanılan uğurların sırası durmadan genişlənir. Respublika üzrə şahmatın kütləviliyinin təmin olunması üçün məktəblərdə şahmatın fənn kimi tədrisi istiqamətində ciddi müzakirələrin aparıldığını vurğulayan Q.Novruzov bu idman növü ilə məşğul olan şagirdlərin hərtərəfli yetişdiklərini və dərslərində kifayət qədər uğur qazandıqlarını diqqətə çatdırıb. Sonda Q.Novruzov turnirin 5 yaş qrupu üzrə 30 qalibinə diplom və medalları təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-5185.html