Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İrana qarşı sanksiyaların regiona təsiri müzakirə ediləcək
16.11.11 03:04

Noyabrın 16-18-i tarixlərində İstanbulda Böyük Britaniyanın Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə “BMT-nin İrana qarşı sanksiyaları və onun regiona təsiri” adlı beynəlxalq seminar keçiriləcək. Tədbirdə Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Rəşad Kərimov sanksiyaların icrasında Azərbaycanın yürütdüyü siyasət mövzusunda məruzə ilə çıxış edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər. BMT-nin İrana qarşı sanksiyasının icra mexanizmləri və bunun regional hökumət və azad biznes qurumlarının fəaliyyətinə təsirləri tədbirin əsas müzakirə mövzusu olacaq. Həmçinin seminar əlaqədar təşkilatların bu sahədəki təcrübələrini bölüşməsinə, məlumat mübadiləsinə və eləcə də sanksiyaların qoyduğu şərtlərə doğru əməl olunması və qaydalar pozulduğu halda yaranan risklərin öyrənilməsinə imkan yaradacaq. Region ölkələrinin digər məruzəçiləri də İran ilə qurulan iqtisadi əlaqələrdə onların üzərinə düşən öhdəliklərdən bəhs edəcək və sanksiya ilə bağlı real təkliflərini irəli sürəcəklər.
URL / WWW
http://kelam.az/article/a-5183.html