Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » XİN rəsmisi: “Latviya Ermənistana qanunsuz silah satışı ilə bağlı Bakıya hələ rəsmi cavab verməyib”
15.11.11 21:04

“Latviyanın “Latspeceksports” şirkətinin Ermənistana silah satışının araşdırılması ilə bağlı Bakının Riqaya göndərdiyi rəsmi sorğuya cavab gəlməyib”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. XİN rəsmisi deyir ki, onlarda olan məlumata görə hazırda bununla bağlı Latviya tərəfi araşdırma aparır və indiyə qədər hələki heç bir nəticə əldə olunmayıb. Digər ölkələrə məxsus şirkətlərin də Ermənistana qeyri-qanuni silah satışının olub-olmamasına gəlincə E.Abdullayev bildirib ki, bu məsələ XİN tərəfindən daim diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, ötən ayın əvvəlində Azərbaycan XİN tərəfindən Latviyaya məxsus şirkətin Ermənistana qanunsuz silah satışının olması faktı açıqlanmışdı.
URL / WWW
http://kelam.az/article/a-5182.html