Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Eks-prezidentlər haqqında qanun layihəsi üçüncü oxunuşdan keçib
15.11.11 21:04

Milli Məclisin bu gün keçirilən iclasında altı ay sonra nəzərdə tutulan “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclisin deputatı Jalə Əliyeva iclasda bir qrup deputatın səsləndirdiyi fikri dəstəklədiyini qeyd edərək ümummilli lider Heydər Əliyev haqqında qanun layihəsinin hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı xüsusi işçi qrupunun yaradılmasına ehtiyac var. Deputat Aydın Mirzəzadə qanun layihəsinin beynəlxalq praktikaya uyğun gəldiyini qeyd edib. Millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Gülər Əhmədova və Rafael Cəbrayılov isə bu qanunun qəbul olunmasını gözləyən insanların olduğunu qeyd edərək qanun layihəsinin 3-cü oxunuşa da səsverməyə çıxarılmasını dəstəkləyiblər. Spiker Oqtay Əsədov qanun layihəsinin üçüncü oxunuşda səsverməyə çıxarılmasına prosedur qaydaların imkan verdiyini qeyd edərək təklifləri dəstəkləyib və qanun layihəsi 3-cü oxunuşa çıxarılıb. Səsvermədə 110 nəfər lehinə, 1 əleyhinə səs verib. O.Əsədov bildirib ki, 6 ay sonra qanun layihəsi təkrar səsvermə üçün parlamentə qayıdacaq və prezident təsdiq edəndən sonra qüvvəyə minəcək. Qeyd edək ki, layihəyə əsasən, qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq, prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq. Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərə şamil olunmayacaq. Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar. Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək. Keçmiş prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq. Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər. Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları keçmiş prezidentlər və ailə üzvlərinə şamil olunacaq.
URL / WWW
http://kelam.az/article/a-5181.html