Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Eks-prezidentlər haqqında qanun layihəsi ikinci oxunuşda qəbul olunub
15.11.11 21:04

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. İclasda ilk olaraq “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ikinci oxunuşda müzakirəyə çıxarılıb. Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oktyabrın 25-də keçirilmiş birinci səsvermədə qeyd etdiyini təkrarlayaraq bildirib ki, qanunun təsir dairəsinə Azərbaycan müstəqillik qazandıqdan sonra prezident olmuş bütün şəxslərə şamil olunur. Ə.Hüseynli, həmçinin bildirib ki, keçmiş prezidentin pensiya məbləği fəaliyyətdə olan prezidentin vəzifə maaşının 50 faizini təşkil edəcək. “Millət vəkilləri tərəfindən bu miqdarın 80 faizə çatdırılması təklif olunmuşdu. Lakin fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşı təxminən 7500-8000 manat təşkil edir, həmçinin 20 faiz də təmsilçilik xərcləri ayrılır, və bu, qanunvericiliyə görə kifayət edəcək məbləğdir qədər” - deyə o vurğulayıb. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub. Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında 31 məsələ müzakirəyə çıxarılıb.
URL / WWW
http://kelam.az/article/a-5180.html