Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib
26.12.09 03:26

Bu gün Bakının Şağan qəsəbəsində Olimpiya-İdman Kompleksinin açılışı olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsərək, ölkədə sayca 24-cü olan Olimpiya-İdman Kompleksi ilə tanış olub. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov məlumat verib ki, kompleks “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən inşa olunub. Dövlət başçısı kompleksin universal idman zalı ilə tanış olub. İdmanın futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq quraşdırılıb. İdmanın güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zala baxan Prezidentə məlumat verilib ki, burada 615 tamaşaçı yeri quraşdırılıb. Dövlətimizin başçısı trenajor zalına da baş çəkib. Sonra prezident İlham Əliyev qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusa gəlib. Burada uzunluğu 25, eni isə 12,5 metr olan hovuzun ətrafında 135 oturacaq quraşdırılıb. Dövlət başçısı kompleksin ərazisində inşa olunan mehmanxana ilə tanış olub. Açıq havadakı idman qurğuları ilə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, burada iki tennis kortu, mini futbol və voleybol meydançaları yaradılıb. Şağan Olimpiya-İdman Kompleksi üçün ayrıca qazanxana, transformator yarımstansiyası, üç su anbarı tikilmiş, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Dövlətimizin başçısı kompleksdə görülən işləri yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/article/a-518.html