Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkilləri hərbi qanunvericilik aktlarına dəyişikliklər təklif ediblər
16.11.11 00:04

Bu gün Milli Məclisin növbəti plenar iclasında “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlardan və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”dən “azadlığın məhdudlaşdırılması” terminin çıxarılması müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda eyni zamanda deputatlar hərbi xidmətə çağırışa dəyişiklik edilməsi ilə bağlı təkliflər ediblər. Millət vəkili Fazil Mustafa ailənin tək uşağı olan övladların hərbi xidmətə çağırılmamasını təklif edib. “Bu yaxınlarda general Lənkəran Əliyevin qardaşı oğlu vəfat etdikdən sonra bildirilib ki, həmin uşaq nəslin davamçısı olacaq yeganə oğlan idi. Düşünürəm ki, bu bir mesajdır ki, tək övladlar hərbi xidmətə çağırılmasın” - deyə deputat vurğulayıb. Millət vəkili Elmira Axundova Fazil Mustafanın təklifinə dəstək verərək əlavə edib ki, tənha anaların övladlarının da orduya çağırılmamasına ehtiyac var. Millət vəkili Cavanşir Feyziyev magistraturaya daxil olan gənclərin təhsilini başa vurduqdan sonra hərbi xidmətə getməsinin qanunvericilikdə əks olunmasını təklif edib. Birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, Milli Məclis, Müdafiə Nazirliyi və Azərbaycan Prezidenti Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqini aparır və bunun nəticəsi olaraq dəyişikliklər müzakirəyə çıxarılacaq. Yekunda məsələ səsə qoyularaq qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-5179.html