Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputatlar AŞPA-nın komitələrinin iclaslarına qatılacaqlar
16.11.11 02:04

Bu gün Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov qurumun Monitorinq, Hüquqi işlər və İnsan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün Parisə yola düşürlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclaslarda İnsan Haqları Konvensiyasının həyata keçirilməsinin cari vəziyyəti, məişət zorakılığı qurbanlarının müdafiəsi, siyasi məhbus məsələsinə yenidən baxılması, Türkiyə və Makedoniyada post-monitorinq dialoqu, Rusiyada parlament seçkilərinə hazırlıq, Ukrayna və Gürcüstan tərəfindən öhdəliklərin yerinə yetirilməsi, həmçinin digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlar tədbirlərdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcəklər. Səfər noyabrın 18-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-5178.html