Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir İlqar Muxtarov etimadnamələrini Peru prezidentinə təqdim edib
15.11.11 21:04

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Peruda səfir təyin edilməsi ilə əlaqədar etimadnamələrini Peru prezidenti Oyanta Umala Tassoya (Ollanta Humala Tasso) təqdim edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyindən veriblər. Görüş zamanı səfir İ.Muxtarov Azərbaycan prezidenti İlham Əliyevin Peru prezidenti O.Umalaya salamlarını çatdırıb. Tərəflər, Azərbaycan və Peru arasında geniş spektrdə münasibətlərin inkişafı, o cümlədən enerji sektorunda əməkdaşlıq perspektivləri, siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfir İ.Muxtarov prezident O.Umalaya Azərbaycanın tarixi, mədəni dəyərləri, ölkəmizin iqtisadi inkişaf templəri və hazırkı potensialı haqda məlumat verib.Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir İ.Muxtarov Perunun gənc diplomatları üçün Azərbaycan Diplomatik Akademiyası tərəfindən həyata keçirilən təqaüdlü təhsil proqramlarında iştirak etmək imkanının olduğunu bildirib. Azərbaycan səfiri, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi haqda Peru Prezidentini məlumatlandırıb. Səfir, həmçinin etimadnamələrin surətini Peru Xarici İşlər Nazirliyinin rəhbərliyinə də təqdim edib. Xarici işlər naziri R.Ronkaqliolo ilə görüş zamanı, Perulu nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ilə əlaqədar öz təbrikini çatdıraraq, ölkələrimiz arasında siyasi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Perunun Enerji və Dağ-Mədən Sənayesi Naziri Karlos Errera Deskalzi (Carlos Herrera Descalzi) ilə görüş zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən həyata keçirilən beynəlxalq iqtisadi layihələr çərçivəsində əməkdaşlıq və investisiya imkanları nəzərdən keçirilib. Səfir İ.Muxtarov, nazir K.Erreraya hər il Bakıda keçirilən “Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransı” haqda məlumat verib və Perunun neft və qaz istehsal edən ölkələr sırasında olaraq və xüsusən mayeləşdirilmiş qaz emalı sahəsində geniş təcrübəyə malik olmasını nəzərə alaraq, Peru nümayəndə heyətinin də sözügedən beynəlxalq konfransın gələcək tədbirlərində iştirak etməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Səfər çərçivəsində səfir İ.Muxtarov, Peru Mədəniyyət Nazirinin müavinləri ilə görüşüb. Görüş zamanı, növbəti 2012-ci il ərzində Azərbaycan və Perunun qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi haqda razılıq əldə edilib. Səfir, həmçinin Peru Xarici İşlər Nazirliyinin digər rəsmiləri, XİN-in Diplomatik Akademiyasının rəhbərliyi və Peru Konqresinin üzvləri ilə görüşüb.
URL / WWW
http://kelam.az/article/a-5177.html