Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: "İrana qarşı müharibə ehtimalı artır"
15.11.11 02:44

“Bu gün İran onu əhatə edən müharibə ehtimalının kifayət qədər yüksək olduğu məqamda müsəlman ölkələrinə deyil, məhz ikiüzlü Ermənistana üz tutur”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Beynəlxalq Mətbuat Mərkəzində İran ətrafında baş verən hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq İranın düşdüyü vəziyyəti təhlil edərək qeyd edib ki, Tehran nüvə texnologiyaları ilə bağlı dünyanı qane edəcək bir söz deməyib. “Bundan başqa İranda Buşer AES-nı işlədən elə onu yaradan rus mütəxəssisləridir. Əgər İranın bir AES-i işlətməyə gücü çatmırsa, nüvə silahını istehsal etsə, onu necə idarə edəcək? Nüvə obyektində olan qəzanı idarə edən mütəxəssislər lazımdır”,-deyə M.Əhmədoğlu vurğulayıb. Politoloq hesab edir ki, bu və digər məsələlər İrana qarşı müharibə ehtimalını artırır. “Bu vəziyyətdə İran Ərəb dövlətlərində baş verən prosesləri öz xeyrinə olduğunu bildirir, lakin əməldə çətin bir vəziyyətdə ərəb dövlətlərinə üz tutmadı. O, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyətindədir, həmçinin Ermənistana üz tutur”,-deyə o, bildirib. M.Əhmədoğlu bildirir ki, eyni zamanda İranın xarici işlər naziri Əli Əkbər Salehi əli müsəlman qanına batmış, Azərbaycanın torpaqlarının işğalını həyata keçirmiş Ermənistandan yardım istədi və bunun müqabilində xeyli vədlər verdi. “İran XİN başçısının vizanın ləğv edilməsi, İrandan Ermənistana gedəcək turistlərin sayının 1 milyon nəfərə çatdırılması və digər vədlər İranın anti-azərbaycan siyasətinə kökləndiyinin göstəricisidir”,-deyə politoloq əlavə edib. O, həmçinin qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyətinin böyük əksəriyyəti İrana qarşı müharibənin əleyhinədir, çünki orada xeyli sayda azərbaycanlı var, həmçinin nüvə obyektlərində yarana biləcək qəza Azərbaycana da təsirini göstərəcək. “Azərbaycan BMT təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və İran Azərbaycanla məsləhətləşsəydi onu narahat edən məsələlərin BMT-də qaldırılmasına nail ola bilərdi. Əksinə, İran Azərbaycan daxilində destruktiv siyasət aparmaq istəyir. İranın qaldırdığı hicab məsələsi dini deyil, siyasi məsələdir. Çünki dini məsələ olsaydı hicaba riayət etməyən Suriya ilə yaxşı münasibətlərdə olmazdı və əksinə hicab geyiminə çox ciddi yanaşan Səudiyyə Ərəbistan ilə əlaqələri bu qədər soyuq olmazdı”,-deyə politoloq bildirib.
URL / WWW
http://kelam.az/article/a-5172.html