Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Saakaşvili Moskva ilə imzalanmış razılaşmanı qələbə sayır
12.11.11 02:43

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Moskva ilə Tbilisi arasında imzalanmış razılaşmanı vacib və əhəmiyyətli qələbə adlandırıb. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, o, Batumidə NATO-nun baş katibi Rasmussenlə keçirdiyi brifinqdə bildirib ki, ilk dəfədir ki, Gürcüstanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərində malların daşınmasına beynəlxalq monitorinq tətbiq ediləcək. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulması üçün bütün üzv ölkələrin razılığı lazımdır. Gürcüstan bunu əngəlləyən son ölkə idi. Rusiya isə bunun əvəzində Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyaya daşınan malların beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılmasına razılıq verib.
URL / WWW
http://kelam.az/article/a-5170.html