Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçiriləcək
11.11.11 20:43

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Heydər Əliyev Fondu və YUNİSEF-in dəstəyi ilə noyabrın 16-da Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumu keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya komitədən veriblər. II Ümumrespublika Forumu ölkədə uşaqların iştirakı ilə bağlı ən böyük tədbir olmaqla ictimaiyyətin diqqətini uşaqların mövcudluğuna cəlb edəcək, uşaqlarda iştirak hüququnun təbliği və liderlik keyfiyyətlərinin formalaşmasında böyük rol oynayacaq. Eləcə də uşaq hüquqlarının qorunması və təbliği istiqamətində uşaqlara öz problemlərini və onları narahat edən məsələləri müzakirə etmək, bu problemlərin həlli istiqamətində müvafiq təklif və tövsiyələr vermək imkanı yaradacaq. Forumla əlaqədar olaraq Komitə tərəfindən Azərbaycanın bütün şəhər və rayonlarında uşaqlarla görüşlər keçirilib, əvvəlcədən müəyyən olunmuş xüsusi meyarlara cavab verən uşaqlar Foruma nümayəndə qismində qəbul olunub. Foruma nümayəndə qismində seçilmiş 350 uşaq müxtəlif mövzular üzrə qruplaşaraq həmin mövzu ətrafında müzakirələr aparacaq, müvafiq təklif və tövsiyələrlə çıxış edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-5169.html