Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: Konstitusiyamızda kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur
12.11.11 01:43

Azərbaycanın Konstitusiyası inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, bunlar Konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. “Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir.”-deyə Z.Əsgərov vurğulayıb. Onun sözlərinə görə, Konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycanın hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir və nəzərdə tutur ki, əsas qanun və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. “Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məh-dudlaşdırılmasının yol verilən həddi təsbit edilib” - deyə vitse-spiker qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-5167.html