Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rövzət Qasımov: “MSK təlimləri xüsusi nəzarətdə saxlayacaq”
12.11.11 03:43

Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn seçkilərin keçirilməsi ilə əlaqədar təlimçilərin treninqinə başlayır. Təlimçilərin özlərinə də 2 gün treninq keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov söyləyib. Onun sözlərinə əsasən, treninqlərin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının maarifləndirilməsidir. “Bu treninqlərdə təlimçilərə aşağı seçki komissiyalarına necə təlim keçməli, həmin komissiyaların rolu və vəzifələri, seçki günü həyata keçirilən bütün seçki prosesi haqqında, ortaya çıxacaq müstəsna hallar barədə məlumat verilir”- deyə o, əlavə edib. MSK Katibliyinin müdiri bildirib ki, ən mühüm məsələlərdən biri də təlimçilərə praktik mərhələlərin keçirilməsidir. “Onlar seçki günü baş verən prosedurlara məşğələlər zamanı bələd olurlar. Bazar ertəsindən etibarən isə dairə və məntəqə seçki komissiyalarının üzvlərinin tam tərkibdə bu treninqlərdə iştirakı planlaşdırılır. MSK-da bu təlimləri xüsusi nəzarətdə saxlayacaq” – deyə Rövzət Qasımov söyləyib. MSK Katibliyinin müdiri, həmçinin əlavə edib ki, təlimçilərə təlim keçən şəxslər Katibliyin əməkdaşları və Komissiyanın üzvləri olacaq.
URL / WWW
http://kelam.az/article/a-5166.html