Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həmsədrlər yenidən regiona səfər edəcəklər
12.11.11 02:43

Noyabr ayının sonlarında Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər. Həmsədrlər tərəflər arasında vasitəçilik işlərinin davam etdirilməsi üçün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç keçirdiyi brifinqdə bildirib. Lukaşeviç xatırladıb ki, Minsk qrupunun həmsədrləri noyabrın 3-də Vyanada ATƏT-in Daimi Şurasına öz fəaliyyətləri barədə hesabat veriblər. «Orada vasitəçilik missiyasının builki fəaliyyəti əks olunub. Bu il ərzində Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda 14 görüş keçirilib. İki ölkənin rəhbərləri ilə sülh prosesinin gedişi, eyni zamanda Rusiya prezidentinin şəxsən iştirakı, eləcə də ABŞ və Fransa prezidentləri ilə müzakirə olunmaqla Dağlıq Qarabağ münaqişəsinin Əsas prinsipləri layihəsi üzrə müzakirələr aparılıb. Hesabatda göstərilib ki, münaqişənin hərbi həll variantı yoxdur və yalnız tərəflərin siyasi iradəsi ilə pozitiv nəticə əldə etmək mümkündür. Həmsədrlər ATƏT-in Daimi Şurasını danışıqlar atmosferini yaxşılaşdırmaq, eləcə də tərəflər arasında qarşılıqlı etimad və atəşkəs rejiminə əməl olunması ilə bağlı məlumatlandırıblar» - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5165.html