Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanla Macarıstan arasında beş hökumətlərarası sənəd imzalanıb
11.11.11 20:43

Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstan Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay imzalayıblar. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Macarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora imzalayıblar. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Macarıstanın Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin ədliyyə üzrə dövlət katibi Robert Repassi imzalayıblar. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Macarıstan Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzalayıblar. “Azərbaycan Respublikasının Hökuməti və Macarıstan Respublikasının Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzalayıblar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Macarıstan prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-5164.html