Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Macarıstan prezidenti: “Avropa ölkələrinə Azərbaycanın nəticələrini əldə etməyə 100 il lazım olardı”
11.11.11 20:42

Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev Macarıstan prezidentinin Azərbaycana ilk səfərinin yaxşı nəticələrinin olacağını bildirib. “İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfəni verəcək. Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaq. Mən inanıram ki, sizin səfərinizin bütövlükdə çox uğurlu nəticələri olacaq. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaq”. Macarıstan prezidenti Pal Şmitt səmimi qəbul üçün minnətdarlığını bildirib: “Mən həm sizin qarşınızda, həm Azərbaycan hökumətinin üzvləri qarşısında Azərbaycana Macarıstan prezidenti kimi ilk səfərimdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm. Biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar sizi təbrik edirik. Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmisiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı. Çox şadam ki, siz Macarıstanı Azərbaycanın strateji tərəfdaşı hesab edirsiniz. Avropada Macarıstanın mövqeyini nəzərə alaraq biz sizin yaxın tərəfdaşınız ola bilərik və əslində tərəfdaşınızıq. Eyni zamanda, ölkələrimiz bir-birinə dostcasına, mehribancasına yanaşır. Hesab edirəm ki, bütövlükdə ölkələrimiz qarşısında istifadə olunmalı bir çox imkan var”.
URL / WWW
http://kelam.az/article/a-5163.html