Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Konstitusiya gününə həsr edilən konfrans keçirilib
10.11.11 23:51

Bu gün “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Konstitusiya günü” nə həsr edilən konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov, GTMŞ-nin rəhbəri, millət vəkili Fuad Muradov, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, beynəlxalq təşkilatların nümayəndələri, məcburi köçkün gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. F.Muradov deyib ki, Azərbaycanda konstitusion hüququ pozulan 1 milyonadək qaçqın və məcburi köçkün var. Millət vəkili bildirib ki, onların yaşamaq, oxumaq və digər hüquqları pozulub. Konstitusion hüquqlarla bağlı gənclərə geniş məlumatlar verilməsinin vacibliyini qeyd edən F.Muradov bildirib ki, gənclər yetkinlik yaşına çatana qədər öz konstitusion hüquqlarını bilməlidir və bu, çox vacib bir amildir. O, dünyada konstitusion hüquqların bərpası ilə bağlı çox ciddi mübarizənin aparıldığını da diqqətə çatdırıb. C.Qaracayev Azərbaycan Konstitusiyası haqqında məruzə ilə çıxış edib. “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev, Şuşa rayon Xalq Məhkəməsini sədri Allahverən Həsənov və digər iştirakçılar da mövzu ilə bağlı çıxış ediblər. Xatırladaq ki, Azərbaycanın hazırkı Konstitusiyası 12 noyabr 1995-ci ildə referendumla qəbul edilib. Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2004-cü il, son əlavə və dəyişiklik isə 18 mart 2009-cu ildə olub. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya günü elan edilib.
URL / WWW
http://kelam.az/article/a-5161.html