Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün vaxtı və yeri məlum olub
11.11.11 02:51

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının növbəti görüşü Almaniyanın paytaxtı Berlində keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev “Konstitusiya günü”nə həsr edilən tədbirdəki çıxışında deyib. Deputat açıqlayıb ki, icma nümayəndələrinin görüşünün noyabrın 28-də keçirilməsi nəzərdə tutulub. R.Rzayev deyib ki, belə görüşlərin keçirilməsində azərbaycanlı icması olaraq maraqlıdırlar: “Hesab edirik ki, bu görüşlər problemin həllinə yardım edə bilər. İki icmanın nümayəndələri nə qədər davamlı görüşsə, münaqişənin həlli bir o qədər yaxınlaşar” deyən millət vəkili əlavə edib ki, belə görüşlərin baş tutmasına mane olan qüvvələr də var. İcma nümayəndəsi xatırladıb ki, ermənilərin bu toplantıda iştirak etməyəcəkləri ilə bağlı müəyyən məlumatlar olsa da, Azərbaycanın Almaniyadakı səfirliyi görüşlə bağlı müvafiq işlərin görüldüyünü və yığıncağın baş tutacağını deyib.
URL / WWW
http://kelam.az/article/a-5160.html