Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı 4,45 faiz azalıb
11.11.11 02:51

Sentyabr ayı ilə müqayisədə oktyabrda Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı 4,45 faiz azalıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Ölkədə istifadəçilərin 26,7 faizi kompüter vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 10 ölkə arasında onuncu yeri tutur. Bu barədə ilk TOP 10-a 36,9 - 26,7 faizlə daxil olan ölkələr Rusiya, Ermənistan, Belarus, İraq, Monqolustan, Ukrayna, Sudan, Qazaxıstan, Koreya Respublikası və Azərbaycandır. “Kasperski laboratoriyası” təhlükə dərəcəsini qiymətləndirmək üçün bir rüb ərzində istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb. Ay ərzində “Kasperski laboratoriyası”nın məhsulları 161 003 697 şəbəkə hücumunun, 72 207 273 vebdən yoluxma cəhdinin qarşısını alıb və 205 822 404 zərərli proqram (lokal yoluxma cəhdi) aşkarlanaraq zərərsizləşdirilib.
URL / WWW
http://kelam.az/article/a-5158.html