Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Vanda yenə güclü zəlzələ olub
11.11.11 03:51

Vanda noyabrın 10-na keçən gecə yenidən zəlzələ baş verib. Yeraltı təkanların gücü 5,6 bala çatıb. Daha sonra isə 4,5, 3,6 və 4,4 bal gücündə təkanlar qeydə alınıb. «KƏLAMİNFO» Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kandilli Rəsədxanasından verilən açıqlamada zəlzələnin episentrinin Vanın Edremit qəsəbəsi olduğu bildirilib. 5,5 bal gücündəki zəlzələdən sonra iki otel olmaqla 18 bina çöküb. Jurnalistlərin və xilasedici qrupların qaldığı bildirilən hotellərin və digər binaların dağıntıları altında çox sayda insanın qaldığı bildirilir. Çökən hoteldə 50-dən çox insanın olduğu təxmin edilir. Xilasedicilər dağıntılar altından 23 nəfəri sağ və 7 cəsəd çıxarıblar. Dağıntılar altında qalanlarla mobil telefon vasitəsi ilə əlaqə saxlanılır. Ehtimallara görə, dağıntılar altında 8-9 nəfərə qədər sağ insan qalıb.
URL / WWW
http://kelam.az/article/a-5157.html