Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qazaxıstanın deputatları erkən seçki tələb edir
10.11.11 19:51

Qazaxıstan parlamentinin deputatları prezident Nursultan Nazarbayevə müraciət edərək parlamentin aşağı palatası-Məclisi buraxmağı xahiş ediblər. Müraciəti 53 deputat imzalayıb. Bu isə deputat korpusunun yarısı deməkdir. «KƏLAMİNFO» «Today.kz»ə istinadən xəbər verir ki, deputatlar öz addımlarını onunla əsaslandırıblar ki, gələn il yeni iqtisadi böhran dalğası gözlənilir və bu, Qazaxıstan iqtisadiyyatına da təsirsiz ötüşməyə bilər. «Bu dövrə kimi seçkiləri keçirmək lazımdır» - deyə deputat Nurtay Sabilyanov vurğulayıb. Hazırkı parlamentin müddəti gələn il avqustda başa çatır. Nurtay Sabilyanov bildirib ki, deputatların müraciəti artıq Prezident Administrasiyasına verilib. Qanunvericiliyə görə, prezident parlamenti deputatlar və baş nazirlə məsləhətləşdikdən sonra buraxa və növbədənkənar seçkilər təyin edə bilər.
URL / WWW
http://kelam.az/article/a-5155.html