Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Abdulla Gül Suriyaya xəbərdarlıq edib
10.11.11 19:51

«Financial Times» qəzetinə müsahibə verən Türkiyə prezidenti Abdulla Gül Suriyaya xəbərdarlıq edib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Suriyanın PKK-dan Türkiyəyə qarşı istifadə edəcəyinə dair məlumatları dəyərləndirən Gül bu ölkənin əvvəllər də terror təşkilatı mənsublarına yer verdiyini xatırladıb. Dəməşqin belə bir təhlükəli oyuna yenidən girməyəcəyinə ümid etdiyini bildirən və Suriyaya bu istiqamətdə xəbərdarlıq edən Türkiyə prezidenti məsələni yaxından izlədiyini vurğulayıb. «Türkiyə prezidenti ABŞ ilə əlaqələrdən məmnundur» başlığı ilə yayınlanan müsahibədə Türkiyənin Yaxın Şərqdəki aktiv siyasətindən də bəhs edilib. Gül ərəb dünyasının Türkiyənin dünyəvi, demokratik quruluşundan və sərbəst bazar iqtisadiyyatından təsirləndiyini bildirib. Avropa Birliyinə üzvlük məsələsinə də toxunan Gül Türkiyənin Maastrix kriteriyaları baxımından bir çox ittifaq üzvündən daha yaxşı vəziyyətdə olduğunu deyib. ABŞ ilə əlaqələrin çox yaxşı olduğunu vurğulayan prezident Türkiyəyə yerləşdirilən radarın İrana deyil, raketlərə qarşı bir sistem olduğunu söyləyib.
URL / WWW
http://kelam.az/article/a-5152.html