Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Daha bir filmimiz bərpa olunub
11.11.11 03:51

Daha bir filmimiz bərpa olunub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ssenari müəllifi Maqsud İbrahimbəyov, quruluşçu rejissoru Arif Babayev, bəstəkarı Polad Bülbüloğlu olan “Uşaqlığın son gecəsi” bədii filmi Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondunun birgə təşəbbüsü ilə bərpa olunub. Süjet xəttində gənclərin şəxsiyyət kimi formalaşmasından, həyata yenicə atılan gəncin çətinliklərindən, həyatdakı mənəvi təzadlarla qarşılaşmasından, gənc yaşlarından əsl insan, prinsipial və məsuliyyətli vətəndaş olmağın zəruriliyindən danışılan filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Qeyd edək ki, 1968-ci ildə görkəmli rejissor, Əməkdar incəsənət xadimi Arif Babayevin lentə aldığı filmdə əsas rolları Ənvər Həsənov (Murad), Səyavuş Şəfiyev (Rüstəm), Ətayə Əliyeva (Mənsurə), Törəxanım Zeynalova (nənə), Tofiq Mirzəyev (Rüfət), Megi Kejeradze (Elya), Qorxmaz Atakişiyev (Zaur), Məmmədsadıq Nuriyev (Davud), Səməndər Rzayev (milis işçisi) canlandırıblar. Xatırladaq ki, film çəkilişdən bir il sonra mükafatlara da layiq görülüb. 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının “Prometey-69” III zona kinofestivalında “Gənclik üçün ən yaxşı film” nominasiyası üzrə mükafata, bəstəkarı Polad Bülbüloğlu isə ən yaxşı musiqiyə görə Xüsusi diploma layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-5151.html