Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Eurovision” formatına uyğun “Asiavision” layihəsinə start veriləcək
10.11.11 19:51

“Eurovision” formatlı yeni bir möhtəşəm mahnı yarışması həyata keçiriləcək. “KƏLAMİNFO”nun İctimai Televiziyadan əldə etdiyi məlumata görə, yeni layihə “Asiavision Song Contest” (“Asiavision Mahnı Müsabiqəsi”) adlanacaq. Bildirilir ki, bu barədə Asiya Yayımları Birliyinin (ABU) Dehlidə keçirilən Baş Assambleyasının iclasında açıqlama verilib və yeni layihəyə 2012-ci ildə Baş Assambleyanın Seulda keçiriləcək iclası zamanı start veriləcək. Qeyd edək ki, yeni şounun meneceri vəzifəsini Koreyanın KBS telekanalının beynəlxalq əlaqələr departamentinin prodüseri Kenni Kihyung Bae həyata keçirəcək. Xatırladaq ki, K.K.Bae “Eurovision – 2012” mahnı müsabiqəni yaxından izləmək üçün Azərbaycana gələcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın yeni “Asiavision Mahnı Müsabiqəsi”nə qonaq qismində dəvət olunması da nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-5150.html