Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Hüseynli: “Azərbaycan Avropa İttifaqı ölkələrinin inkişaf modelinə üstünlük verir”
04.11.11 20:46

“Avrointeqrasiya Azərbaycanın seçimidir”. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarinin rolu” adlı konfransında çıxışında bildirib.“Azərbaycan Avropa İttifaqı ölkələrinin inkişaf modelinə üstünlük verir” deyən Ə.Hüseynli bildirib ki, Bakıda keçirilən konfrans 29-30 sentyabrda Şərq Tərəfdaşlığı ölkələri forumunun Varşava sammitindən sonra ilk tədbirdir. “Bu tədbiri keçirməklə Azərbaycan həm də Varşava sammitində öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş olur”. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri, Elxan Süleymanov bildirib ki, Avropa İttifaqına inteqrasiya Azərbaycanın əsas məqsədlərindəndir və artıq Azərbaycan bu istiqamətdə irəliləyişlərə nail olub. Avrasiya Əməkdaşlıq Fondunun prezidenti Corc Zarubin isə deyib ki, Avronest PA Azərbaycan üçün həm də qanunvericilik sahəsində Avropaya inteqrasiya üçün imkanlar yaradır.
URL / WWW
http://kelam.az/article/a-5147.html