Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “İctimai Palatanın müraciəti etikadan kənardır”
04.11.11 20:46

“Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində iştirak etmək məsələsi onun öz hüququdur. İctimai Palata adlı bir təşkilatın prezident İlham Əliyevə seçkilərdə növbəti dəfə namizədliyinin irəli sürməməsi ilə bağlı ünvanladığı müraciət ən azı etikadan kənardır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, ölkənin hazırkı başçısı bu hüquqdan yararlanacaq və yaxud yararlanmayacaq, buna artıq o özü qərar verə bilər. “Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın da, əhalinin ən müxtəlif qruplarının da istənilən şəxsin namizədliyini irəli sürməsi hüququ qanunla təsbit olunub. Ona görə bu hüquqdan Azərbaycan xalqı, YAP da istifadə edərək öz qərarını verəcək” - deyə B.Muradova vurğulayıb. Vitse-spiker bəzi müxalif qruplardan verilən bu cür bəyanatların hansısa qərarların qəbuluna təsir edəcəyini düşünmədiyini vurğulayıb. “Ümumiyyətlə, bu yöndə bəyanatları, bu cür çağırışları qeyd-etik hesab edirəm” - deyə o, əlavə edib. İctimai Palatanın 2009-cu ildə keçirilən referendumun antikonstitusiya xarakterli olduğu fikrinə münasibət bildirən B.Muradova, belə olan halda həmin şəxslərin hansı səbəbdən elə həmin referendumda qəbul edilən eks-prezidentlər haqqında qanunun qəbulu ilə bağlı maddəyə etiraz etmədiklərini vurğulayıb. “Onlar üçün hansı məsələ maraqlıdırsa, onu da irəli çəkirlər. Belə olan halda eyni referendumda qəbul olunan eks-prezidentlər haqqında qanuna niyə etiraz etmirlər və müraciətlərində yalnız prezidentlik dövrü ilə bağlı məsələni qeyd edirlər. Bütün bunlar proseslərə təsir etməyəcək” - deyə B.Muradova bildirib.
URL / WWW
http://kelam.az/article/a-5146.html