Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vitse-spiker: Dağlıq Qarabağ münaqişəsinin həllində nüfuzlu din xadimlərinin imkanlarından istifadə etməliyik
04.11.11 20:46

“Dağlıq Qarabağ münaqişəsinin həllində bu gün istənilən nüfuz sahiblərinin imkanlarından istifadə etməliyik, o cümlədən də nüfuzlu din xadimlərinin”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, əgər məqsədimiz münaqişəni dinc yolla həll etməkdirsə, o zaman biz bu imkanlardan da yararlanmalıyıq. “Bu gün danılmaz faktdır ki, Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və digər dini xadimlər bir çox siyasətçilər kimi ciddi nüfuza malikdirlər. Ona görə də biz regionda ciddi münaqişə ocağı olan Qarabağ probleminin həllində bu nüfuzlardan istifadə etməliyik” - deyə B.Muradova vurğulayıb. O, noyabrın sonunda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda iclasının keçiriləcəyini bildirib. İclasa Rusiya və Qafqaz ölkələrinin dini liderləri ilə yanaşı, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə də dəvət olunub. İclasda həmsədr ölkələrin nümayəndələrinin də iştirakı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-5145.html