Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Paytaxtda bir neçə tibb müəssisəsi istifadəyə verilib
04.11.11 20:46

Səhiyyə Nazirliyi tərəfindən paytaxtın 3 saylı Uşaq Xəstəxanası, 3 saylı Uşaq Poliklinikası, 1 saylı Psixiatriya Xəstəxanasının yeni korpusu və 3 saylı Şəhər Klinik Xəstəxanasının nəzdində yeni yaradılmış Psixosomatika şöbəsi açılaraq əhalinin istifadəsinə verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Açılışları olan müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunmuş, burada operativ, yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli imkanlar yaradılıb. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək.
URL / WWW
http://kelam.az/article/a-5143.html