Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » I Bakı Beynəlxalq Kukla Sərgisi bu gün start götürür
04.11.11 20:46

Bu gün I Bakı Beynəlxalq Kukla Biennalesi start götürəcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Biennalesin əsas məqsədi etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etmək və Azərbaycan tamaşaçısını geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış etməkdir. Bildirilir ki, gələcəkdə yalnız müasir ustaların deyil, həmçinin antikvar kukla sərgiləri də Azərbaycanda təşkil olunacaq. Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya, Niderland, Rusiya və Ukraynada 19 kukla ustasının iştirak edəcəyi I Bakı Beynəlxalq Kukla Biennalesində ustad dərslərinin keçirilməsi də planlaşdırılıb. Biennalenin rəsmi açılışı bu gün saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında keçiriləcək. Qeyd edək ki, noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində noyabrın 8-də Muzey Mərkəzinin Akt zalında kukla sənətinin problemləri üzrə “Kuklanın ikinci nəfəsi” adlı konfrans da keçiriləcək. Xatırladaq ki, I Bakı Beynəlxalq Kukla Biennalesinin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.
URL / WWW
http://kelam.az/article/a-5139.html