Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Sənədli filmimiz beynəlxalq festivalda mükafat alıb
05.11.11 02:46

İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən 29-cu Milan Beynəlxalq Festivalında ölkəmizi təmsil edən “Yerə dəyən top göylərə qalxar” sənədli filmi “Ən yaxşı film” mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın final mərhələsində “Olimpiya oyunları”, “Sənədli filmlər”, “Tele-şou və yeni texnologiyalar”, “İdman və cəmiyyət”, “Kinofilmlər”, “İdman və reklam” və “Kino və televiziya - Böyük çempionlar” adlı yeddi nominasiya üzrə yarışan filmimiz “Kino və televiziya - Böyük çempionlar” nominasiyasında uğur qazanıb. Bildirilir ki, ölkəmizdə futbolun yaranmasının 100 illiyinə həsr olunan film cari ilin sentyabr ayında Rusiyanın Lipetsk şəhərində keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında da “Olimpiya ideallarına sədaqət” nominasiyası üzrə I yer qazanıb. Qeyd edək ki, “Salnamə” studiyasında çəkilən filmin müəllifi Arzu Urşandır. Arzu Urşanın verdiyi məlumata görə, Milan festivalı zamanı film Almaniya və Braziliyada keçiriləcək İdman Filmləri Festivalına da dəvət alıb. Xatırladaq ki, festivalda ölkəmizi təmsil edən “Çovqan” filmi isə fəxri diplom və xüsusi medala layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-5138.html