Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Allahşükür Paşazadə İrəvana səfəri ilə bağlı hələ qərar verməyib”
04.11.11 20:46

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçiriləcək iclasında iştirakı ilə bağlı hələ qərar verməyib. Mətbuatda Şeyxin Ermənistana səfərə hazırlaşması ilə bağlı məlumatlar əsassızdır”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova verib. O, qeyd edib ki, Ermənistanda keçiriləcək bu tədbirlə bağlı erməni katalikosu II Qaregin tərəfindən Şeyxə dəvət gəlib, lakin QMİ sədri hələlik səfərlə bağlı qərar verməyib. “Ermənistan mətbuatı artıq Şeyxin səfər edəcəyi ilə xəbərlər verirlər, bizim bəzi KİV-lər də ora istinad edib bunu yaydılar. Amma ola bilsin ki, heç Şeyx bu səfəri etməsin. O, hələ bu barədə qərar verməyib”,-deyə R.Dadaşova əlavə edib. Qeyd edək ki, İrəvandakı tədbir noyabrın 29-30-da baş tutacaq. Tədbirdə habelə Moskva və Bütün Rusiyanın patriarxı Kirill də iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-5137.html