Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bahar Muradova: 2012-ci ilin büdcəsində bütün sahələr üzrə artımlar əksini tapacaq
05.11.11 02:46

Bu gün Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, iclasda 2012-ci il Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi aparılır. İclasın gündəliyinə “Dövlət Sosial Müdafiə Fondunun 2012-ci ili büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri var. İclasda Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ötən il Azərbaycanın iqtisadi həyatında kifayət qədər uğurlar olub. Onun sözlərinə görə, dövlət büdcəsinin icrası şəffaf və məqsədyönlü şəkildə həyata keçirilib. B.Muradova deyib ki, növbəti 2012-ci ilin büdcəsində bütün sahələr, o cümlədən sosial sahə üzrə artımlar öz əksini tapacaq. İclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov büdcə layihəsinin ayrı-ayrı bəndləri barədə məlumat verib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə sığorta olunanların uşaqlarının düşərgələrdə istirahətinin təşkilinə gələcək illərdə fikir verilməsinin vacibliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5136.html