Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İsveçdəki azərbaycanlılar veb səhifə yaradıblar
04.11.11 20:46

İsveçdə yaşayan azərbaycanlıların İsveç cəmiyyətinə inteqrasiyasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə bu ölkədə yaşayan bir qrup azərbaycanlı bir araya gələrək www.swedenaz.se adlı veb səhifə yaradıblar. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İsveçin həyat tərzi, səhiyyə, təhsil, biznes, dil, dövlət orqanları və başqa sahələri əhatə edən veb səhifənin təqdimat mərasimində çıxış edən Əkbər Səfərli layihənin yaranma səbəbləri və məqsədi barədə məlumat verib. Sonra layihənin müəllifi kinorejissor Rahim Sadıqbəyli veb səhifənin xəritəsi, forumu və ayrı-ayrı bölümləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, təqdim olunan layihənin İsveçin Xarici İşlər Nazirliyinə təqdim olunduğunu qeyd edib, www.swedenaz.se səhifəsinin İsveçdə və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların İsveç Krallığı haqqında daha geniş bilgilərə sahib olmalarına yardım edəcəyinə ümidvar olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-5135.html