Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Övladlıq götürməyi düşünürsünüzmü?
03.11.11 20:37

Boşanma səbəblərinin başında “uşaq anlaşmazlığı” gəlir. “KƏLAMİNFO” “Psychology”yə istinadən bildirir ki, övlad sahibi ola bilməyən cütlüklər üçün vəziyyət tamam başqadır. Ailələr tərəfindən ümidlə gözlənilən övlad payı bəzi xəstəliklər və problemlərlə bağlı tərəflərdən üz döndərir. Əgər qarşı tərəf vəziyyəti və sizi olduğu kimi qəbul edirsə, başqa bir xoşbəxtlik səbəbi axtarmağa ehtiyac yoxdur. Övladlıq uşaq götürmək isə hər insanın qəbul edəcəyi bir şey deyil, amma bəlkə də övladlıq uşaq götürməklə siz öz övladınıza bəxş edə bilmədiyiniz sevincdən qat-qat artığını ehtiyacı olan birinə hədiyyə edəcəksiniz. Bu təkcə onu yox, elə sizi də xoşbəxt edəcək. Çünki biz həyatın hər yerində boşluqları dolduraraq yaşayırıq, sizin övladınızın boşluğunu, o da ailəsinin boşluğunu dolduracaq. Amma bunun da dünyaya övlad gətirmək qədər çətinliyi var. Və başqa birinin övladını sahiblənərkən qarşınıza çıxa biləcəklərə hazır olmalısınız. Övladlığa götürəcəyiniz uşağın yaşı nə qədər az olarsa, öyrəşmə və tanışma mərhələsi həm sizin üçün, həm də onun üçün daha problemsiz keçəcək və qısa çəkəcək. Öz irqinizdən, dininizdə, mədəni və sosial mühitinizdən olan uşaqlara üstünlük vermək isə onun haçansa fərqlilikləri görüb, öz valideynlərini axtarması, sizdən uzaqlaşması və ona xərclədiyiniz bu qədər ildən sonra yenidən övladsızlığa öyrəşmək məcburiyyətini aradan qaldıracaq. Əgər sizin öz övladınız varsa, onda övlad götürmək əvəzinə onları olduqları yerdə himayə edin. Çünki onu evinizə gətirməklə ciddi psixoloji zərbələrə məruz qoya bilərsiniz.
URL / WWW
http://kelam.az/article/a-5131.html