Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət Baytarlıq Xidməti monitorinqlərə start verir
03.11.11 20:37

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quş qripinin yayılması məqsədilə köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verəcək. “KƏLAMİNFO”ya xidmətdən verilən məlumata görə, noyabrın 14-də aparılacaq monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq. Nəzarət tədbirləri Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında həyata keçiriləcək. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-5130.html