Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bir qrup dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamələri verildi
24.12.09 23:46

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən dövlət qeydiyyatından keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən qurumun sədri Hidayət Orucov bu gün 29 dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamənin veriləcəyini söylədi. Bu gün qədər 120-ə yaxın dini icmaya şəhadətnamənin verildiyini diqqətə çatdıran H.Orucov bunun üçün DQİDK-də üç dəfə toplantı keçirildyini qeyd etdi. Onun sözlərinə görə, dini icmaların yenidən dövlət qeydiyyatından keçmələrində məqsəd onların əhatə dairəsini genişləndirməkdən ibarətdir. H.Orucov ölkədəki dini tolerantlıqdan da geniş bəhs etdi. Qeyd edək ki, sonda o, Lənkəran, Masallı, Ağdam, Oğuz, Neftçala, Abğcəbədi, Gəncə, Quba, Göyçay, Bərdə Yasamal, Zaqatala, Şamaxı, Səbail, Ağdaş və Biləsuvarda fəaliyyət göstərəcək dini icmalara şəhadətnamələri təqdim etdi və onlara müvafiq tövsiyyələr verdi.
URL / WWW
http://kelam.az/article/a-513.html