Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkili: Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək bir qərarın çıxacağına inanmıram
03.11.11 20:37

“Nə indi nə də gələcək z Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək hər hansı bir qərarın çıxacağına inanmıram amanda Ermənistanla Türkiyə arasında imzalanmış Sürix protokolunun yenidən ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə çıxacağı mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan TBMM üzvü Məhərrəm İncə bildirib. O, qeyd edib ki, son vaxtlar bu məsələ ABŞ tərəfindən yenidən gündəmə gətirilsə də TBMM bunu heç vaxt müzakirə etməyəcək. “Türkiyə Böyük Millət Məclisində Azərbaycanlı qardaşlarımızı incidəcək hər hansı bir qərarın çıxacağına inanmıram. Bunu qəti şəkildə bildirirəm”,-deyə o, vurğulayıb.Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin indikindən daha da artıq səviyyədə olmasını arzulayan M.İncənin sözlərinə görə, bu məsələ bir az zaman alacaq. “İrəlilədikcə bundan da yaxşı olacaq. İnsan həyatında 10, 20, 30 il böyük bir müddətdir. Amma toplumların həyatında bu elə də böyük müddət deyil. Ona görə inanıram ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətləri bundan daha da artıq olacaq”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-5129.html