Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hyustonda müstəqilliyimizin 20 illiyi münasibətilə tədbirlər keçirilib
03.11.11 20:37

ABŞ-ın Hyuston şəhərində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Hyustonun şəhərətrafı parklarından birində Azərbaycan Respublikasının dövlət bayrağı altında toplaşan Azərbaycan icmasının nümayəndələri milli tariximizin müxtəlif mərhələləri və ölkəmizdəki mövcud vəziyyət ətrafında müzakirələr aparıblar. Hyuston Universitetinin azərbaycanlı tələbələri tədbir keçirərək, Azərbaycanın ictimai-siyasi həyatından, ölkənin neft strategiyasından söz açıblar. Bundan başqa, “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyuston Şəhər Şurası ilə birlikdə şəhər ictimaiyyətinin 100-dən çox nümayəndəsinin iştirakı ilə gecə keçirib. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə dəstəyi ilə təşkil olunan tədbirdə Hyustonun rəsmi şəxsləri, İndoneziya, Yunanıstan, Rusiya və Türkiyə baş konsulluqlarının nümayəndələri, biznesmenlər, mədəniyyət və təhsil müəssisələrinin təmsilçiləri, habelə yerli azərbaycanlılar iştirak ediblər. Tədbir iştirakçılarına Azərbaycan haqqında geniş məlumat verilib. Çıxışlar Azərbaycandan, neft sənayesinin tarixindən söz açan video-çarxların nümayişi ilə müşayiət olunub.
URL / WWW
http://kelam.az/article/a-5127.html