Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı davam edir
02.11.11 20:25

I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı davam edir. “KƏLAMİNFO”nun məlumata görə, festivalın proqramına uyğun olaraq bu gün Akademik Milli Dram Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium keçirilir. Simpoziumda festivalda iştirak etmək üçün ölkəmizə gələn 16 ölkənin Kukla Teatrları əməkdaşları arasında müzakirələr aparılıb, bu sahədə daha yüksək nailiyyətlərə malik olmaq üçün yeni-yeni ideyalar və təkliflər irəli sürülüb. Kukla Teatrları arasında qarşılıqlı inteqrasiyanın mühümlüyü simpoziumun müzakirə obyekti olub. Bu günə olan proqram çərçivəsində Kukla Teatrında Ukraynanın Poltava Akademik Vilayət Kukla Teatrının kollektivi A.Yanuşevskaya və Y.Vilkovskinin “Pələng balası Petrik” tamaşasını göstərib. Zəngin və rəngarəng proqram təqdim olunacaq festivalda bu gün həmçinin saat 16:00-da Rus Dram Teatrında Rumıniyanın “Qonq” Teatrı P.İspirskinin “Bal, şəkər və duz” tamaşasını, saat 19:00-da isə Gənc Tamaşaçılar Teatrında İspaniyanın “Play Ground” Kukla Teatrı X.Bodeşin “Hərdəmxəyal” tamaşasını nümayiş etdirəcək. Xatırladaq ki, noyabrın 6-dək davam edəcək I Bakı Beynəlxalq Kukla Teatrları Festivalında xüsusi qayğıya ehtiyacı olan uşaqlara və uşaq evlərinin balaca sakinlərinə biletlər pulsuz verilir.
URL / WWW
http://kelam.az/article/a-5123.html