Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı davam edir
02.11.11 20:25

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsinə istiqamətləndirilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində işlər davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 2011-ci ildə bu layihəyə uyğun olaraq sənətkarlar məskəni olan İsmayıllı “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunub. Bildirilir ki, təsdiq edilən illik tədbirlər planında nəzərdə tutulan təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, info-turların və sair tədbirlərin təşkili bu günədək yüksək səviyyədə həyata keçirilib. Qeyd edək ki, keçirilən tədbirlər çərçivəsində İsmayıllı rayon sənətkarlarının əl işlərinin və milli mətbəx nümunələrinin nümayişi ilə yanaşı folklor qrupları, aşıqlar, rayon Mədəniyyət evinin “Niyal” instrumental ansamblının və digər rayonlardan dəvət olunmuş müğənnilərin çıxışları olub. Layihənin əsas məqsədi yalnız İsmayıllının deyil, Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri maddi-mədəni irs nümunələrinin, sənətkarlığının, tarixinin dünyada tanıdılmasına xidmət etməkdir.
URL / WWW
http://kelam.az/article/a-5122.html