Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların təsnifatı təsdiq edilib
03.11.11 02:25

Nazirlər Kabineti “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Nazirlər Kabinetindən veriblər. “Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” qərarın icrasının təmin edilməsi məqsədi ilə qəbul edilən qərarda Təhsil, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə Sənayesi nazirliklərinin təklifləri nəzərə alınıb. Təsnifatda bakalavriat səviyyəsinə “Silah və silah sistemlərinin istehsal texnologiyası”, “Optotexnika”, “Pirotexniki vasitələrin texnologiyası”, “Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri”, “Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı”, “İnformasiya təhlükəsizliyi”, Magistratura səviyyəsinə isə “Silah və silah sistemlərinin istehsal texnologiyası”, “Atıcı, artilleriya və raket silahlarının istehsal texnologiyası”, “Döyüş sursatları və məhvedici vasitələrin istehsal texnologiyası”, “Hərbi texnikanın layihələndirilməsi, istehsalı və sınağı”, “Optotexnika”, “Lazer texnikası və texnologiyası”, “Optik materiallar, optik-elektron cihazlar və sistemlər”, “Pirotexniki vasitələrin texnologiyası”, “Barıtların və bərk raket yanacaqlarının kimya texnologiyası”, “Partlayıcı məmulatların texnologiyası”, “Çoxkanallı radiorele və troposfer rabitənin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri”, “İfrat yüksək tezliklər texnikası”, “Hərbi rabitə vasitələri”, “Radioelektron mübarizə və kəşfiyyat vasitələri”, “Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı”, “Metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların istehsalı”, “Qeyri-metal əsaslı kompozisiya materiallarından hərbi təyinatlı məmulatların istehsalı”, “İnformasiya təhlükəsizliyi”, “Məlumatların mühafizəsinin təşkili”, “Məhdud girişli informasiyanın qorunması”, “Hərbi və dövlət müdafiəsini idarəetmə”, “Şəxsi heyətin idarə edilməsi”, “Hərbi idarəetmə (əməliyyat-faktiki səviyyə)” və “Dövlət müdafiəsini idarəetmə (strateji səviyyə)” ixtisasları daxildir. Qeyd edilib ki, bu ixtisaslara aldıqları ixtisasdan asılı olmayaraq, Azərbaycanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə xidmət edən ali təhsilli zabitlər Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.
URL / WWW
http://kelam.az/article/a-5118.html